Zərrin Özər 62 yaşında ərə gedir
Tarix: 30-03-2019, 10:32



Türkiyəli müğənni Zərrin Özər üçüncü dəfə ərə getməyə hazırlaşır.
UlduzumSan.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ifaçı özü “Kanal D”də yayımlanan “İkinci səhifə” adlı verilişə açıqlamasında bildirib.
62 yaşlı sənətçi iki ildir adını açıqlamadığı bəylə sevgili olduğunu və yaxın aylarda nikah mərasiminin baş tutacağını bildirib:
“Sevgilim şou-biznesdən deyil. Qəlbimin və yolumun yoldaşıdır deyə bilərəm. Evlilik təklifi aldım və qəbul etdim. Bir neçə ay ərzində nikah masasına oturacağıq”.
Qeyd edək ki, Z.Özər daha öncə 1991-1992-ci illərdə Alpər Önal, 2006-2009-cu illərdə isə Ləvənt Sürənlə evli olub.

Paylaş: