Aytən Səfərova “Bumeranq”dan getdi
Tarix: 29-03-2019, 18:13



Aparıcı Aytən Səfərova 106.3 FM-də Raqif Raufoğlu ilə birgə apardığı “Bumeranq” şousundan gedib. 
UlduzumSan.Az-ın məlumatına görə, bu haqda aparıcının özü məlumat verib: “Bu gün “Bumeranq” səhər şousunda axırıncı çıxışımdır”.
O, aprelin 8-dən etibarən, Dj Valid (Valid Əliyev) və Natiq Zərbəliyevlə birgə 106 FM-də “Primetime” verilişini aparacaq.
Qeyd edək ki, bundan öncə şouda aparıcılıq edənlərdən biri də Mətanət Əliverdiyeva olmuşdu.

Paylaş: