Aygün: "Tezliklə Ebru Gündeşlə iş birliyimiz olacaq"
Tarix: 29-03-2019, 15:59



Rejissor Kənan M.M.-in müğənni həyat yoldaşı Aygün Mahmudova aparıcı Zaur Kamalın verilişində qonaq olub. UlduzumSan.Az-ın məlumatına görə, ifaçı Türkiyədəki işlərindən danışıb: "Hollandiyadan ötən gün qayıtmışam. Orada konsert proqramında iştirak etdim. Bundan başqa bir neçə gündən sonra Türkiyəyə səfər edəcəm. İşlərimlə bağlı tez-tez qardaş ölkəyə gedirəm. Hələ ora köçməmişəm. Bildiyiniz kimi, Kənan da Türkiyədə seriala çəkildiyi üçün hazırda Türkiyədədir. Tezliklə həmkarım Ebru Gündeşlə iş birliyim olacaq. Hazırda sözügedən sənətçi yeni albomunu çıxardıb. Həmin albomla əlaqədar olaraq E. Gündeşin bu aralar başı qarışıqdır. Amma tez bir zamanda onunla yeni layihəmiz olacaq".



Paylaş: