“Planet Parni iz Baku”nun yeni konsertinə sayılı günlər qaldı
Tarix: 27-03-2019, 16:57



“Planet Parni iz Baku” kollektivi aprel ayında yeni silsilə konsertləri ilə sevənlərinin görüşünə gələcək.
 
Primetime.az xəbər verir ki, konsert Heydər Əliyev sarayında baş tutacaq. Yeni “Nataşa, mi prişla!” adlı solo konsertinin biletlərini Bakı şəhərinin kassalarından və iticket.az saytından onlayn əldə edə bilərsiniz.
 
Konsert 4 gün – 19, 20, 21, 22 aprel tarixlərində baş tutacaq. Konsertin 10-cu anonsu yayımlanıb.
 
Sözügedən konsertin informasiya dəstəyi Primetime.Az-a məxsusdur.



Paylaş: