“Xatun açıq-saçıq geyinmişdi deyə, oxumağa qoymadım” — Əməkdar artist
Tarix: 27-03-2019, 15:00

âXatun açıq-saçıq geyinmiÅdi deyÉ, oxumaÄa qoymadımâ


ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı əməkdar artist Vasif Məhərrəmli və müğənni Xatun Əliyeva olub.
"Ölkə.Az" xəbər verir ki, əməkdar artist müğənni Xatunla olan xatirəsini bölüşüb:
“Günlərin bir günü, Xatunun mənlə işlədiyi vaxtlarda, mən şadlıq evində öz masamızda oturmuşam. Xatun xanım çox açıq-saçıq geyinmişdi. Mən də dedim ki, bu nə geyimdir geyinmisən? Dedi ki, necə geyinim? Bir az danladım, dedim ki, normal geyin biraz. Toy bitdi. Sabahı gün eyni yer, eyni məkanda yenə toydayıq. Gördüm qapı açıldı, Xatun girdi içəri. Başında Tünzalə xanımın etdiyi kimi bir dənə qara çalma, qapqara, boş bir yeri görsənməyən paltar geyinib. Dedim, bu nədir? Dedi ki, dünən açıq geyinmisən dedin, mən də bağlı geyindim. Əsəbimdən dedim, oxumayacaqsan. Xatun da əsəbləşib oturub. Yoruldum, dedim gəl oxu... Durdu gəldi. Uşaqlara əlimlə 3 göstərdim. “Mi” kökü ilə, qadın köküdür, seygahdır. “Bala Nərgiz” mahnısını. Uşaqlar başladı çalmağa. Xatun baxır, bilmədi. Uşaqlar yenə çaldı, bilmədi. Dedim, az oxu da... Döndü bizim qarmonçalana baxdı. O da deyir ki, oxu da. Gəldim dedim, az, Bala Nərgiz...”.



Paylaş: