Ağamirzə Aydın Xırdalanlının ölümündən danışdı - "Həkimə getmədi"
Tarix: 27-03-2019, 11:51



“Aydın Xırdalanlının qaraciyəri xəstə idi”.
Bunu AzNews.az-a açıqlamasında meyxana ifaçısı Ağamirzə mərhum Aydın Xırdalanlının ölümündən danışarkən deyib.
O bildirib ki, Aydın Xırdalanlının səhhəti ölümündən bir neçə gün öncə pisləşib:
“Mən onunla ölümündən əvvəl telefonla danışmışdım. Zarafatlaşdıq, xeyli güldük, ordan-burdan danışdıq. Qaraciyərində problemlər vardı. Vəziyyəti qəfildən dəyişib, son iki gündə daha da ağırlaşıb. Həyata qaytarmaq mümkin olmadı. Yazıq… Hərənin bir qisməti var. Aydın özünü qorumadı, səhlənkarlıq elədi, vaxtında həkimə getmədi”.
Meyxanaçı Ağamirzə medianın mərhumun vida mərasiminə buraxılmaması məsələsinə də aydınlıq gətirib: “Jurnalistlərdən gələn vardı, çəkiliş aparırdılar. Amma deyəsən onları həyətə buraxmadılar”.
Qeyd edək ki, uzun zamandır xəstə yatan meyxana ifaçısı Aydın Xırdalanlı martın 23-də dünyasını dəyişib.

Paylaş: