“Oxuyanda “xoruz buraxmıram” - Tolikdən Rozaya atmaca
Tarix: 26-03-2019, 16:26



Müğənni Roza Zərgərli və prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb.
Open.az xəbər verir ki, Tolik “Hər şey daxil” proqramında mahnı ifa etdiyi kadrları paylaşaraq, Rozaya söz atıb: “Müğənni deyiləm, səsim o qədər də yoxdur, amma ifa edəndə bəzi müğənnillər kimi gücənmirəm və “xoruz buraxmıram”. Bir də mən prodakşn verilişinin aparıcısı deyiləm, “Xəzər” TV-nin əsas verilişlərindən birinin layihə rəhbəri, həm də aparıcısıyam”.
Qeyd edək ki, tərəflər arasındakı qalmaqala səbəb Roza Zərgərlinin Afət Fərmanqızı ilə bağlı dediyi fikirlər olub.

Paylaş: