Müğənni Nazəninin verilişində NƏLƏR OLDU ?
Tarix: 26-03-2019, 15:25



Lider TV-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaları xalq artisti Səməd Səmədov, əməkdar artistlər Zakir Əliyev, İlkin Əhmədov, müğənnilər Elşad Qarayev, Eldar Ələkbərov, Sevda Əliqızı, Eldəniz Məmmədov, Nüşabə Musayeva, Səbinə Selcan, Zahidə Günə, Məlahət, Elşad Əzizi, aşıq Telli Borçalı olub. Veriliş Novruz bayramına həsr edilib. Proqrama dəvət olunan qonaqlar ifalarını təqdim ediblər.  
 
Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

Paylaş: