Beren Saat Netflixdə seriala çəkilir
Tarix: 26-03-2019, 11:16



Amerikanın Netflix şirkəti yeni türk serialının çəkilişlərinə başlayıb.
 
Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, “Atiyə” adlanan bu layihədə baş rolda məşhur aktrisa Beren Saat oynayır.
 
Layihənin prodüseri Aleks Sütherlanddır. Ssenarisini Ceyson Corc və Nuran Evren Sit-in  yazdığı serialın rejissorları Ozan Açıktan və Gönenç Uyanıkdır.
 
Səkkiz seriyalı mistik dram janrında çəkilən serial
 
Qeyd edək ki, bu Netflix-dəki ikinci türk telelayihəsidir. Bundan daha əvvəl həmin şirkətdə  “Mühafiz” adlı layihə reallaşdırılmışdı.
 
Xatırladaq ki, Netflix audiovizual məhsullar istehsal edən striminq əsaslı Amerika şirkətidir və yayımlanma kanalı olaraq ödəniş əsasında onlayn xidmət göstərir.
 











Paylaş: