“Məşhur olmaqla qarın doymur, arzularım məhv oldu”- AZƏRBAYCANLI "ÇOBAN"
Tarix: 24-08-2017, 15:20


Azərbaycanda “çoban” kimi məşhurlaşan Pərvin Səfərov yenə gündəmdədir.
Gununsesi.info xəbər verir ki, 32 yaşlı P.Səfərov bu dəfə Türkiyənin “Habertürk” qəzetinin yazarı Hüseyin Şəntürkə müsahibə verib.
Belə ki, P.Səfərov bildirib ki, Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub: “Yayda kənd təsərrüfatı və heyvandarlıqla məşğul olur. Qışda isə inşaat sektorunda çalışır. Ərəb, opera və klassik üslubda mahnılar oxuyur. Lakin maliyyə imkansızlıqları səbəbindən musiqi təhsili almayıb. Türkiyədə mahnı müsabiqələrində iştirak etmək istəyir, amma buna maddi imkanı çatmır”.
P.Səfərov xatırladıb ki, 2017-ci ilin aprelində öz qoyunlarını otardığı zamanı ifa etdiyi “Ağlaya Ağlaya” adlı mahnını mobil telefonun kamerasına çəkib: “Kəndə döndükdən sonra videonu “YouTube” kanalına yerləşdirib. Səhər yuxudan qalxdığı zaman dostları ona – “oyan Pərvin, məhşur oldun” mesajının yazdığını görüb”.
P.Səfərovun sözlərinə görə, videonu izləyənlərin sayını görəndə gözləri yaşarıb: “Bir gün sonra qəzet və televiziya müxbirləri kəndə gəlib onu tapıblar. Bir günün içində məhşurlaşıb”.
O, qeyd edib ki, ötən ay Azərbaycan Milli Konservatoriyasından pulsuz musiqi təhsili almaq üçün təklifi alıb, amma yazılı imtahandan keçə bilməyib: “Təkrarən çobanlıqla məşğul olmağa başlayıb. Hazırda “YouTube” kanalında 3 milyon izləyicim var, amma məşhur olmaqla qarın doymur. Arzularım məhv oldu”.

Paylaş: