Röyanın Dubay konsertindən görüntülər...
Tarix: 25-03-2019, 09:33




Azərbaycanın Əməkdar artisti Röya Ayxan  növbəti dəfə ölkədən kənarda Novruza həsr edilmiş konsert proqramı ilə çıxış edib.
 
UlduzumSan.Az xəbər verir ki,  mart ayının 22-i milyonların sevimli ulduzu Röya Dubayda möhtəşəm solo konsertlə çıxış edib. Konsert Dubayın mərkəzindəki məşhur “SityWalk Dubai” meydanında  baş tutub.  Konsertdə ard-arda hit mahnılarını ifa edən sənətçini səhnədə Muxtar Abseynovun bədii rəhbəri olduğu musiqi ansamblı müşaiyət edib.Repertuarına xalq mahnıları da əlavə edən Ayxan səhnədə tamaşaçılarla rəqs edib və onlarla şəkil çəkdirib. Çoxmillətli tamaşaçılar  Röyanın hər bir çıxışını gurultulu alqışlarla qarşılayıblar.  
Azərbaycan ulduzunun konserti ölkəmizin musiqisi və mədəniyyəti ilə tanış olmaq üçün gözəl imkan əldə etmiş tamaşaçılara - Əmirliyin vətəndaşlarına və Dubayın qonaqlarına güclü təsir bağışlayıb.
Qeyd edək ki,  Röya martın 20-də Moskvada da konsert verib.








Paylaş: