"Plastik əməliyyat etdirən həmkarlarıma münasibətim yaxşı deyil"
Tarix: 24-08-2017, 12:43



Aktyor Elçin Məmmədli əməliyyat etdirərək, özünü dəyişən həmkarlarından söz açıb. 

UlduzumSan.Az bildirir ki, bu barədə açıqlama verən aktyor bunları deyib: "Allah bizi necə yaradıbsa, elə də qalmalıyıq. Biz bəndələr kimik ki, Tanrının yaratdığı nəyisə dəyişirik. Özlərini əməliyyat etdirərək, görnüşlərini dəyişən həmkarlarıma münasibətim normal deyil. Əməliyyat masasına uzanan insan anlamalıdır ki, gözəlliyi üçün etdiyi bu hərəkətə görə sonra peşman ola bilər. Çünki həmin əməliyyatdan sağ çıxmayada bilər. Dəyərli sənət yoldaşlarım, həyatınızı məhv etməyin".

Paylaş: