“Xarici ölkələrdə soyqırım muzeylərinin yaradılması faydalı olar”
Tarix: 23-03-2019, 09:56



Yaxın gələcəkdə Argentinada qondarma “erməni soyqırımı” ilə bağlı muzey inşa ediləcək. Artıq Argentina parlamentinin muzeyin inşasına razılıq verdiyi bildirilir.
Bəs Azərbaycanın necə, Xocalı və eləcə də Mart soyqırımı ilə bağlı xarici ölkələrdə muzeylər inşa etməsi məqsədəuyğun olarmı?  
Moderator.az-a açıqlama verən görkəmli kinorejissor, professor Cəmil Quliyev bu cür muzeylərin yaradılmasının faydalı olacağını vurğuladı:
“Azərbaycan Xocalı soyqırımını dünyada tanıtmaqla bağlı böyük işlər görüb. Təbii ki, belə muzeylərin yaradılması yaxşı hadisə olar. Bu muzeylər dünya xalqlarını Xoclaı soyqıırmı haqqında daha çox  məlumatlandırar. Ermənilərin riyakar, qəddar əməlləri bu muzeylər vasitəsi ilə də dünyada ifşa olunar.
Təbii ki, bu cür muzeylərin yaradılması faydalıdır. Inanıram ki, belə muzeylər yaranacaq.
Azərbaycanın səfirlikləri bu sahədə böyük işlər görür. Soyqırımları ilə bağlı tədbirlər keçirilir və s. Heydər Əliyev Fondu da bu sahədə çox böyük işlər həyata keçirir. Azərbaycanda çox böyük işlər görülür ki, Xocalı soyqırımı bütün dünyada tanınsın. Bütün bu işlərin tərlkib hissəsi kimi xarici ölkələrdə soyqırımla bağlı muzeylərin yaradılması da məqəsəduyğun olar”.

Paylaş: