Mübariz Tağıyev: “Əsgərlərimizi ruhlandırmaq üçün gələcəkdə də bu cür mahnıların yazılmasına ehtiyac var”
Tarix: 23-03-2019, 09:54



“Ölkəmizdə vətənpərvərlik mahnıları ilə bağlı müsabiqənin keçirilməsi arzuedilən olardı”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mübariz Tağıyev bildirib. Onun sözlərinə görə, bu, məlum sahədə belə bir müsabiqənin keçirilməsi daha böyük canlanmaya səbəb ola bilər:
“Ölkəmizdə hərbi vətənpərvərlik mahnıları ilə bağlı belə bir müsabiqənin keçirilməsi məlum sahədə daha böyük canlanmaya səbəb ola bilər. Baxmayaraq ki, bu gün də bu sahədə vəziyyət kifayət qədər qənaətbəxşdir və heç bir problem yoxdur. Ancaq hesab edirəm ki, gələcəkdə də əsgərlərimizi, hərbçilərimizi ruhlandırmaq, gənclər arasında vətənpərvərlik tərbiyəsini gücləndirmək üçün bu cür mahnılar yazılmalıdır. Bunun üçün müxtəlif tədbirlərin, eləcə də müsabiqələrin keçirilməsi faydalı olar”.

Paylaş: