"Planet Parni iz Baku" KVN teatrının bu məsələyə diqqət yetirməsi alqışlanandır”
Tarix: 20-03-2019, 11:04



Azərbaycanın tarixi qəhrəmanlarının təbliği istər milli tariximizin unudulmaması,  istərsə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından hər zaman mühüm aktuallıq kəsb edən məsələlərdən olub. Bu baxımdan "Planet Parni iz Baku" KVN teatrının məşhur II Dünya Müharibəsi qəhrəmanı Əhmədiyyə Cəbrayılovla bağlı həyata keçirdiyi film çəkilişləri mühüm əhəmiyyət kəsb edir.
Bəs digər teatrlarımızın da bu kimi məsələlərə diqqət ayırması, tarixi qəhrəmanlarımızın həyat və döyüş yoluna işıq salması nə dərəcədə arzuedilən olardı?
Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə tarixi qəhrəmanlarımızla bağlı filmlərin çəkilməsinin, tamaşalaırn hazırlanmasının mühüm önəm kəsb etdiyini vurğuladı:
“Tariximiz  zəngindir. Bizim bu günkü gənclərə təqdim edəcək qədər kifayət qədər böyük şəxsiyyətlərimiz, qəhrəmanlarımız olub. Sevindiricidir ki, bu tarixi şəxsiyyətlərin yada salınması, onların qəhrəmanlığının təbliğ edilməsi istiqamətində işlər görülür. Lakin qeyd etdiyiniz kimi, hesab edirəm ki, biz bu qəhrəmanları daha çox tanıtmalı, daha çox təbliğ etməliyik.
Əhmədiyyə Cəbrayılov, onun tarixi qəhrəmanlığı Avropanın özündə də tanınır və ehtiramla yad edilir. Əhmədiyyə Cəbrayılovun göstərdiyi qəhrəmanlıqlar Avropanın özü üçün də nümunədir. KVN teatrının bu məsələyə diqqət yetirməsi alqışlanandır. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi bu məsələdə həmin teatra dəstək ola bilər”.
Xatırladaq ki,  ölkə başçısı ilə mədəniyyət və incəsənət xadimlərinin görüşündə "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov II Dünya Müharibəsinin qəhrəmanlarından olan Əhmədiyyə Cəbrayılovla bağlı film çəkilişləri ilə məşğul olduqlarını, Rusiyanın bəzi telekanalalrının da bu filmin yayımında maraqlı olduğunu vurğulayıb.

Paylaş: