Fədakar jurnalistlər niyə Damla qədər sevilmir?
Tarix: 20-03-2019, 10:53



Jurnalist Məhəmmədəli Qəribli özünün Facebook hesabında müğənni Damlanın fanatları ilə bağlı yayılan videoya münasibətini açıqlayıb. Maraqlıdır ki, tanınmış jurnalist müğənillərin maddi qazancı və fanat ordusunun olması ilə bağlı öz peşəsi arasında bir paralel də aparıb. Azinforum.az jurnalistin yazdığı həmin statusu və Damlanın fanatları ilə bağlı yayılan videonu təqdim edir:
“Müğənni Damlanın fanatları ilə bağlı yayılan videosuna baxdım. Cavan oğlan və qızlar az qalırdılar ki, Damlaya yetişmək üçün onun əyləşdiyi avtomobili parçalasınlar. Həmin videonu şərh bölümündə paylaşıram . Seyr etsəniz görərsiniz ki, süni yaradılan səhnə deyil. Fanatların səmimiyyəti qətiyyən şübhə doğurmur. Həmin səhnəyə baxandan sonra xeyli düşündüm və beynimdən belə bir sual keçdi: görəsən, biz zavallı jurnalistlərin niyə elə fanatları yoxdur?
Cəmiyyətimzidəki sosial ədalətsizliyi onsuz da biz jurnalistlər həzm etmişik. Çünki Damla gedib bir saat toyda oxumaqla jurnalistin bir ildə qazandığı maaş qədər pul alır. Bu sosial ədalətsizliyə rəvac verən faktorlardan biri də cəmiyyətimizin peşələrə bəslədiyi münasibətdir. Götürək ki, mən özümü jurnalistikada təsdiq edə bilməmişəm. Bəs başqa fədakar jurnalistlərin necə fanatları varmı? Heç görübsünüzmü, ölkəmizdə hansısa cavan oğlan və ya gənc tələbə qız bir jurnalistin üstünə Damlaya bəslənən hisslərlə atılsın?
Yox, görə bilməssiniz. Adətən özünü bir peşəyə fəda edənlərin fanatları daha çox olmalıdır. Maraqlıdır ki, siyasətçiləri, müğənniləri fanatlarının sevəcəyi həddə gətirib çatdıran zavallı jurnalistlərin bizim ölkə də nə pulu var, nə də fanatı. Adamın lap qələmi atıb, mikrafon götürüb oxumağı gəlir…”



Paylaş: