"Xatun mənim yanımda stol çevirməyib"
Tarix: 18-03-2019, 16:06



Xəbər verdiyimiz kimi, aparıcı Elgiz Əkbər verilişində müğənni Xatun Əliyeva ilə şairə Nazilə Səfərlinin toy məclislərindən birində dava etdiyini deyib. UlduzumSan.Az-ın məlumatına görə, maraqlısı odur ki, həmin an proqramda qonaq olan Xatun Elgizin "Rusiyada toyda Xatun Nazilə ilə dalaşıb. Hətta stolun üstündə nələr varsa dağıdıb. Hamı şokda olub".
Nazilə məsələyə münasibət bildirib: "Bəzi yerdə Xatunla qalmaqalımı yazıblar. Mən Xatuna, Xatun mənə düşmən deyil. Elgiz hansı məqsədlə o sözü deyib? Rusiyada heç bir toyda Xatunla rastlaşmamışam. Kiməsə niyə şər atım? Xatun əsgər anasıdır, bir əsgər anasına elə böhtan ata bilmərəm. Şər atanda reytinqdən əvvəl fikirləşin. Xatun mənim yanımda stol çevirməyib".

Paylaş: