Yaşar Nurinin qızı: “Səhnə üçün ölürəm”
Tarix: 24-08-2017, 11:08



Son günlər mətbuatda mərhum xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızının müğənniliyə başlanası ilə bağlı xəbər dərc olunub. UlduzumSan.Az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan xalq artistinin qızı bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:  “Mən artıq 10 aydan çoxdur ki, “Akustik” qrupunun meneceri kimi çalışıram. Onlarla birgə banketlərə, məclislərə gedirik. Aparıcılıq edirəm, bəzi məclislərdə də mahnı oxuyuram. Mən müğənni deyiləm. Müğənni olsam, müğənni kimi gündəmə gələrəm. O peşənin yükünü üzərimə götürə bilmərəm. Sadəcə prodüser və aparıcıyam. Bir də xınayaxdı mərasimlərinə də gedirəm. Bu işləri mən çoxdan görməli idim. Sadəcə atamın xasiyyəti ağır olub, heç bir zaman icazə verməyib. Özüm İncəsənət Universitetinin Mədəni-Maarif fakültəsini bitirmişəm. Kinolara dəvət almışam, klipə də çəkilmişəm. Əgər məndə talant varsa, niyə də yox? Məsələn, bacım hüquqşünasdır, ona desəm də incəsənətə gəlməz. Amma mən səhnə üçün ölürəm. Və düşünürəm ki, atam sağ olsaydı, bunları mənə qadağa etməzdi”.
 
Qeyd edək ki, “APA TV”-nin “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır. 


Paylaş: