Tanınmış müğənni vəfat edib
Tarix: 18-03-2019, 10:32



Rusiyanın tanınmış müğənnisi Yuliya Naçalova vəfat edib.
Open.az rus mətbuatına istinadən verir ki, bir neçə gündür reanimasiyada olan müğənni ötən gecə dünyasını dəyişib. Bir neçə xəstəlikdən əziyyət çəkən Yuliya Naçalovanın ölüm səbəbi kimi ürək fəaliyyətinin dayanması göstərilib.
38 yaşlı Yuliya Naçalovanın vida mərasimi martın 21-də olacaq. Müğənni Troekurov məzarlığında dəfn ediləcək.
Qeyd edək ki, Yuliya Naçalova 1981-ci il yanvarın 31-də musiqiçi ailəsində anadan olub.

Paylaş: