Müğənni Gülşən körpəsinə süd verərkən çəkdirdiyi fotonu paylaşdı
Tarix: 16-03-2019, 13:11



Türkiyənin məşhur pop ulduzu Gülşən sosial media hesabında oğlu ilə fotosunu paylaşıb.

BiG.AZ Haberler-ə istinadən xəbər verir ki, müğənni 3 yaşlı oğlu Azur ilə daha əvvəl çəkdirdiyi bir fotonu paylaşıb. Foto müğənninin oğluna süd verdiyi zaman çəkilib. 


Gülşən fotonun Parisdə çəkildiyini bildirib. Oğlu barədə təsirləndirici sözlər yazan müğənninin paylaşımı izləyiciləri tərəfindən bəyənilib.


Müğənni Gülşən körpəsinə süd verərkən çəkdirdiyi fotonu paylaşdı

Paylaş: