“İçerde” serialının qəhrəmanlarından GÖZLƏNİLMƏZ ADDIM
Tarix: 24-08-2017, 10:32



Bensu Soral “İçeride” serialında tərəf müqabili olduğu aktyor Cağatay Ulusoyla küsüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bensu Soral sevgilisi Hakan Baş ilə dünən axşam restorandan çıxarkən görüntülənib. Jurnalistlər atrisadan Cağatay Ulusoyla küsməsinin səbəblərini soruşub. Məşhur kino ulduzu bu suallara cavab vermək istəməyib.
Xatırladaq ki, aktyorlar keçən həftə "Gizli Kalsın” klubunda qarşılaşmışdı. Ancaq onlar bir-birilərinə salam belə verməmişdilər. Ulduzlar arasındakı soyuqluq klubdakı hər kəsin diqqətini çəkmişdi.




Paylaş: