Valeh Kərimov: “Müğənnilərimiz deyir ki, Şövkət, Rəşid, Müslüm Maqomayev yalandır, ancaq biz varıq”
Tarix: 15-03-2019, 09:47



“İndi hamı özünə “ustad”, “sənətkar” deyir. Müğənnilər deyir ki, məndən yoxdur. Şövkət, Rəşid Behbudov, Müslüm Maqomayev yalandır. Ancaq biz varıq”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov bildirib. V.Kərimovun sözlərinə görə, bu gün özləri haqqında bu kimi fikirlər səsləndirən bri çox şəxslə bağlı əsl mənzərə tamamilə başqadır:
“Vaxtiylə güclü yazıçılar var idi, hansı ki, onlar teatrlar üçün də yaxşı əsərlər yazırdılar. İndi teatr üçün normal ssenarilər yazan yoxdur deyə, bəzi yazıçılar deyir ki, bizdən yoxdur. Artist nə etsin? Artist çıxıb bir şeir deyə bilər. Artistin sənəti artistlik, dramaturqun sənəti dramaturqluqdur. Mən belə başa düşürəm. Niyə klassik dramaturgiyaya aid tamaşaları səhnəyə qoyanda aktyorlar müəyyən rolları oynamaq üçün az qala özlərini öldürürlər? Ona görə ki, ortada material var. Məsələn, çox aktyoir arzulayır ki, “Şah Qacar” rolunu oynasın. “Hamlet”, “Otello” rollarını oynamaq hər bir aktyorun arzusudur. Çünki ortada güclü material var. Cəfər Cabbarlının əsərlərinə nəzər salın. Haqverdiyevin əsərləri də bu qəbildəndir. Bu əsərlərdə teatr üçün yaxşı material var. “Ölülər” tamaşaya qoyulanda hamı istəyir ki, “Şeyx Nəsrullah”ı oynasın. Çünki bu rollarda aktyor da özünü daha yaxşı göstərə bilir. Indi teatra əsər gələndə, oxunanda aktyorlar hərəsi üzünü bir tərəfə çevirir. Bu əsərlər onları özlərinə cəlb etmir. Mövcud mənzərə bundan ibarətdir”.

Paylaş: