Zöhrə Abdullayevanın şəkillərini yayan Samiraldonu qınadılar
Tarix: 14-03-2019, 16:07



Xəbər verdiyimiz kimi, stilist Samiraldo oğlu dünyasını dəyişdikdən sonra efirlərdən uzaq düşən əməkdar artist Zöhrə Abdullayevanın ilk dəfə şəkillərini "İnstagram" səhifəsində yayıb. İfaçının fotolarda tanınmaz halda olması diqqətdən qaçmayıb. Belə ki, onun saçları ağarıb, arıqlayıb.
UlduzumSan.Az bildirir ki, bu barədə açıqlama verən Samiraldo sənətçinin sözügedən şəkillərini üzə çıxardığı üçün onu qınadıqlarını bildirib: " Bildiyiniz kimi, bir neçə gün bundan öncə Zöhrə Abdullayevanın evində qonaq idim. Məni özü evinə dəvət etmişdi. Onunla birgə şəkillər çəkdirib, sosial şəbəkədə paylaşdım. Onun fotolarda saçlarının ağarması və arıqlaması insanlar tərəfindən böyük səs-küyə səbəb oldu. O, şəkillərə görə mənimlə Zöhrə xanımın arasını vurmaq istədilər. Hətta sənətçiyə zəng vurub, bildiriblər ki, "Samiraldo o halda fotolarınızı sosial şəbəkələrdə paylaşaraq sizi nüfuzdan salmaq istəyir". Zöhrə xanım da cavabında həmin insanlara deyib ki, "Adıçəkilən stilisti çox istəyirəm. O, heç vaxt mənə xələl gətirəcək hərəkət etməz". Bu cür ara qarışdıran insanlara demək istəyirəm ki, Z.Abdullayeva oğlunu itirdiyi üçün pis hala düşüb. Mən o, xanımı çox yaxşı başa düşürəm və hər zaman da yanındayam. Çünki Zöhrə Abdullayeva əsl anadır".
Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən əziyyət çəkirdi. O, 46 yaşında ötən il dünyasını dəyişib. Həmin gündən efirlərə çıxmayan müğənni artıq oxumayacağını bildirib.



Paylaş: