"Azərbaycanda bir dənə Röya bunu edir" - Ayandan CƏSARƏTLİ AÇIQLAMA
Tarix: 14-03-2019, 14:56



Niyə bizim müğənnilər konsert verməyə tərəddüd edirlər?

Bu sualla prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda İstanbula köçən Ayan Babakişiyevaya müraciət edib.

Ayan Tolikin sualına "Hər gün şou proqramdadırlar, əlçatmaz deyillər" cavabını verib.

Xanım müğənninin cavabı ilə razılaşmayan Tolik "Yox! Aygün Kazımova, Röya, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev də proqrama gedir də" deyib.

Ayan bu dəfə daha cəsarətli etirafı ilə diqqətləri üzərinə çəkib:

"Bir söz deyim, Azərbaycanda bugünkü gün bir dənə anşlaqla konsert verə biləcək müğənni Röyadır. Sonra "Bu şəhərdə" və "Planet Parni iz Baku"dur"".

mənbə: milli.az
"Azərbaycanda bir dənə Röya bunu edir" - Ayandan CƏSARƏTLİ AÇIQLAMA - FOTOLAR
"Azərbaycanda bir dənə Röya bunu edir" - Ayandan CƏSARƏTLİ AÇIQLAMA - FOTOLAR

Paylaş: