Maksim Qalkin Kirkorovun qətlini sifariş edib?
Tarix: 13-03-2019, 11:49



Dağıstan vətəndaşı, terror qruplaşmasının iştirakçısı Xıdırnəbi Kazuev məşhur rusiyalı müğənni Filip Kirkorovun konsertində terror aktı hazırlamaqda ittiham olunur.
Open.az "Kommersant"a istinadən xəbər verir ki, müğənninin qətlini Alla Puqçavanın əri, şoumen Maksim Qalkinin sifariş etdiyi iddia edilib.
Martın 4-də təqsirləndirilən şəxs dindirmə zamanı bildirib ki, 2017-ci ilin əvvəlində Maksim Qalkin ona Kirkorovu öldürmək üçün iki milyon rubl təklif edib.
Kazuevin fikrincə, Qalkin Alla Puqaçovaya qarşı qısqanclıq zəminində qətli sifariş verib. O, razılaşıb və bir milyon rubl avans alıb. Ancaq sonradan Kirkorovu öldürməkdən imtina edib.
X.Kazuev Qalkin və Puqaçovanın dindirilməsini istəyib. Daxili işlər Nazirliyi isə onu tələbini rədd edib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Şoumen Maksim Qalkin də məsələ ilə bağlı amıqlama verməyib: "Bu mənim mövzum deyil. Heç nə deyə bilmərəm".



Maksim Qalkin Kirkorovun qətlini sifariş edib?

Paylaş: