Hüseyn qadın müğənniləri təhqir etdi: "Əxlaqsızdırlar..."
Tarix: 13-03-2019, 11:31



Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qadın müğənniləri təhqir edib. 
UlduzumSan.Az-ın məlumatına görə, musiqiçi verilişlərin birinə açıqlamasında hətta onları ələ salıb: "Əxlaqsız qadın müğənni əxlaqdan danışır, camaata məsləhət verir. Az, sən özün nə gündəsən? Savadsız özünü savadlı aparır. Olduğun kimi göstər özünü. Biz səni elə elə qəbul edəcəyik.
Ailəsi bərbat olan bir insan adamlara ailədən dərs keçir. Sən get birinci öz ailəni düzəlt, sonra insanlara dərs keç. Bu, daha gözəl olar.
Axı bu biabırçılıqlar nə vaxt bitəcək? Sonra məni bəyənmirlər. Bilirsiniz niyə? Çünki hər zaman sözün düzünü deyirəm".
Qeyd edək ki, bir müddət əvvəl Nadir Qafarzadə də xanım ifaçıları fahişə adlandırmışdı.

Paylaş: