Azərbaycan 6 ildən sonra "EUROVİSİON"da ilkə imza atacaq
Tarix: 13-03-2019, 10:27



Ölkəmizi 64-cü "Eurovision" mahnı müsabiqəsində “Truth” adlı mahnı ilə təmsil edəcək Çingiz Mustafayev aprelin 12-də keçiriləcək “London Eurovision Party”yə dəvət olunacaq.

UlduzumSan.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə müsabiqəsinin rəsmi "İnfe Azerbaijan" klubu məlumat verib.

Çingizin aprelin 14-də “Café de Paris” səhnəsində çıxış edib-etməyəcəyi hələ ki, məlum deyil.
Artıq 13 ifaçı partidə iştirakını təsdiqləyib.

Qeyd edək ki, ölkəmizdən sonuncu dəfə "London Eurovision" partisində 2013-cü ildə Nigar Camal iştirak edib.

Paylaş: