Hakan Eroldan Sinan Akçıl üçün növbəti mahnı
Tarix: 13-03-2019, 09:19



Hit mahnıların müəllifi, bəstəkar-aranjemançı Hakan Erol yenidən iş başına keçib.

UlduzumSan.Az xəbər verir ki, o, dillər əzbəri olan “Səni belə sevmədilər”dən sonra türkiyəli məşhur müğənni və musiqiçi Sinan Akçıl üçün növbəti mahnı bəstələyib. Bunun nə dərəcədə məşhur olacağını bilmək üçün isə zamanı gözləməliyik.

Leyli İsrafilovanın şeirlərinə həyat verən bəstəkar, artıq 9 ildir ki, onunla birgə fəaliyyət göstərir. Şairə, bunun səbəbini Hakanın bəstələrinin savadlı olması ilə əlaqələndirib.


Qeyd edək ki, Hakan və Leyli cütlüyü mart ayının 2014-cü ildə nikah masasına oturub.


Paylaş: