Avtomobil qəzasında ölən azərbaycanlı məşhurlar
Tarix: 23-08-2017, 15:32



UlduzumSan.Az big.az-a istinadla avtomobil qəzası nəticəsində dünyasını dəyişən azərbaycanlı məşhurların siyahısını təqdim edir.
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası 22 avqust 2017-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Azərbaycanın tanınmış reperi Hüseyn Dərya 15 mart 2014-cü ildə avtomobil qəzasında ağır yaralanaraq, xəstəxanada dünyasını dəyişib.
“Yeni Ulduz – 2” musiqi müsabiqəsindən tanınan gənc ifaçı Rəcəb Musayev 9 yanvar 2011-ci ildə avtomobil qəzası keçirdib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, müğəninin həyatını xilas etmək mümkün olmayıb.
Müğənni Bayramova Samirə Afət qızı 24 yaşında, 26 sentyabr 2014-cü ildə avtomobil qəzasında ölüb.
 “Çal-çağır” verilişində Böyükxanım obrazı ilə tanınan aktyor Ramiz Əliyev 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.
Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.

Paylaş: