Nüşabədən Elzaya: "Səni qaynıma alacam"
Tarix: 12-03-2019, 10:56



Əməkdar artist Elza Seyidcahan İnstaqramda canlı yayıma girib. 

Axşam.az-ın məlumatına görə, ad günündə olan müğənninin yanında həmkarı Nüşabə Ələsgərli də yer alıb. Nüşabə Elzanı ərə bermək istədiyini deyib. 

Onun "Rzanın (N.Ələsgərlinin həyat yoldaşı - red.) subay qardaşı var, bəlkə sənə düzəldim" sözlərinə Seyidcahan "Əgər xasiyyəti də Rzanınkı kimidirsə, razıyam" cavabını verib. 

Elza daha sonra solo konsert verəcəyini bildirib. O deyib ki, konserti aprelin 29-da Heydər Əliyev Sarayında keçiriləcək.

Paylaş: