Mən Bəşir Səfəroğlunun timsalında sübut edirəm ki... - Afaq Bəşirqızı
Tarix: 11-03-2019, 12:17



Bu gün Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR-nin xalq artisti, mərhum sənətkar Bəşir Səfəroğlunun ad günüdür. O, 1925-ci ildə Bakı şəhərində dünyaya gəlib.
Mərhumun qızı, xalq artisti Afaq Bəşirqızı AzNews.az-a atası ilə bağlı xatirələrini bölüşüb.
Onun sözlərinə görə, bu gün bütün ailə Bəşir Səfəroğlunu yad edəcək:
“Bəşir Səfəroğlu baharı çox sevirdi. Bütün ili baharın gəlişini gözləyirdi. Hər dəfə mart ayı gələndə Bəşir Səfəroğlu qeyri-adi sevinc yaşayırdı. Qəribədir ki, baharda da dünyasını dəyişdi. Martın 11-də doğum, 23-də isə 44 yaşında dünyasını dəyişdiyi gündür. Allah rəhmət eləsin. Həyatda olsam da, olmasam da əminəm ki, xalqım Bəşir Səfəroğlunu heç vaxt unutmayacaq. Bəşir Səfəroğlu teatr salnaməsinə qızıl həriflərlə düşüb. Adına küçələr, mədəniyyət evləri var, gəmisi okenlarda üzür. Mən Bəşir Səfəroğlunun timsalında sübut edirəm ki, əsl sənətkar heç vaxt ölmür”.



image description




Paylaş: