Bülənt Ərsoy: “Nüsrət çantamı daşıyırdı”
Tarix: 11-03-2019, 10:51



Xəz geyindiyi üçün heyvansevərlərin reaksiyası ilə qarşılaşan Bülənt Ərsoy verdiyi açıqlamalar ilə bunu vecinə almadığını bildirib.
 “Ölkə.Az” xəbər verir ki, onu tənqid edənlərə Məclisə getmələrini məsləhət görən Ərsoy sözlərinə belə davam edib:
“Bunu sadəcə xəz geyinənlər üçün yox, çanta, yastıq və bir çox şey üçün də edəcəklər. Əgər Məclisə getməsələr, fərqli danışacam”.
Nüsrət Gökçənin əvvəllər onun çantalarını daşıdığını bildirən Ərsoy deyib:
“Nüsrət əvvəllər çantalarımı daşıyırdı. Amma onun qazandığı şöhrət haqqıdır və zəkası ilə qazanılıb. Ağıllı insandır. Heyvansevərlər ona qarşı da reaksiya göstərsinlər. Edə bilərlərmi? Edə bilməzlər. Onun üçün alan razı, satan razı. Mənim xəzə ehtiyacım yoxdur. Mən hər halımla gözələm. Mən Ağrı dağının zirvəsində oturub ayaqlarımı sallamışam. Aşağıdan milçək vızıltısı gəlir amma mən eşitmirəm”.

VİDEO BURADA​​​

Paylaş: