Röya konsert verdi, xanımları sevindirdi
Tarix: 11-03-2019, 09:02



Martın 8-i Beynəlxalq Qadınlar Günündə əməkdar artist Röya Ayxanın gözlənilən solo konserti baş tutub.
UlduzumSan.Az   xəbər verir ki, "The Green"də keçirilən gecə “Kevents Group”un təşkilatçılığı ilə ərsəyə gəlib.  Röya bu dəfə səhnəyə rəqqaslarla yox, tək çıxıb. O, gecə boyunca canlı ifalarını səsləndirərək tamaşaçıların bir daha rəğbətini qazanıb.
Konsertdə ard-arda hit mahnılarını ifa edən sənətçini səhnədə Muxtar Abseynovun rəhbərlik etdiyi musiqi ansambılı müşaiyət edib. 
Müğənni səhnə geyiminə də xüsusi diqqət ayırıb. 
Röyanı səhnəyə dizayner Solmaz Bağıyevanın kolleksiyasının geyimində çıxıb. Röya saç düzümünü Aygün Məmmədova, vizajını məşhur stilist Elnur Həsənova həvalə edib.






Paylaş: