Məşhur amerikalı aktyor öldü
Tarix: 9-03-2019, 11:02




Amerikalı aktyor Jan Maykl-Vinsent vəfat edib
73 yaşlı aktyor Eşvil şəhərindəki evində həyatını itirib.
Vinsentin ürək çatışmazlığından öldüyü bildirilib.
Aktyor uzun illər spirtli içki və narkotik maddə asılılığına qarşı müalicə alıb. 2012-ci ildə ölümcül halda xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmuşdu. Lakin bu, ona sağ ayağını itirmək bahasına gəldi.
Həkimlər Vinsetin çürüməyə başlayan ayağını kəsdilər.
Jan Maykl-Vinsent “Air Wolf” və “Detective Nash Bridges” serialları ilə yanaşı, “Mechanic”, “Buster and Billy”, “Buffalo 66” filmləri ilə məşhurluq qazanıb.
Sonuncu filminə (“The White Guy”) isə 2002-ci ildə çəkilib.(teleqraf.com)

Paylaş: