"Evin ən çirkin qızı olmuşam"
Tarix: 8-03-2019, 13:04



Xalq artisti Brilliant Dadaşova AzTV-də "Səhər" proqramının qonağı olub.
Unikal.org xəbər verir ki, müğənni özünü çirkin qadın hesab etdiyini söyləyib:
"Özümü heç vaxt gözl hesab etməmişəm. Evin ən çirkin qızı olmuşam. "Zoluşqa" idim. Sədaqət (bacısı, müğənni - red.) ən gözəlimizdir. Səhnəyə çıxanda gördüm ki, elələri özünə gözəl deyir ki... Dedim, mən də gözələm.
Efirə ilk çıxanda kosmetikanı özüm edirdim. Bilmirdim ki, üzümə nəyi çəkmək olar, nəyi yox. Saçımı saraldırdım, üstünə xına qoyurdum qırmızı olsun. Böyük görünmək üçün əlimdən gələni edirdim. İndi isə kiçik görünmək üçün hər şey edirik.
İndi gözəl olmaq çox asandır. Amma yaxşı niyyət başqadır. Nə qədər makiyaj, plastik əməliyyat etsən də, içindən gözəl aura gəlmədisə, olmur".

Paylaş: