“Eşkiya dünyaya hükümdar olmaz”ın Tipisi mahnı oxuyur
Tarix: 8-03-2019, 10:49



“Eşkiya dünyaya hükümdar olmaz” serialında Tipi obrazını canlandıran aktyor Savaş Özdemir musiqi sektoruna ilk addım atıb.
“Ölkə.Az” xəbər verir ki, Özdemir artıq ilk albomu üzərində işləri tamamlayıb.
Mahnıların söz və musiqisi Savaşın özünə məxsusdur. Albom “Gece ve yol” adlanır.  Albomdakı mahnılardan biri olan “Kapat aklının kapılarını” adlı mahnıya çəkilən klipdən bəzi səhnələrin fotoları internetə sızdırılıb. Savaş Özdemir sosial şəbəkədə klipin görüntülərini paylaşanlara qarşı qanuni prosedura start verəcəyini bildirib.



 









Paylaş: