Ahmetlə Sıla qarşı- qarşıya - Məhkəmə baş tutdu
Tarix: 7-03-2019, 12:17



Bu gün məşhur aktyor Ahmet Kural və müğənni Sıla Gençoğlunun məhkəmə prosesi baş tutub.  “Qafqazinfo” xəbər verir ki,  İstanbul 60-cı Cəza Məhkəməsində keçirilən prosesə A. Kural, Sıla və üç şahid qatılıb. 
Ailə və sosial ximətlər nazirliyinin vəkil nümayəndəsi də məhkəmə iclasında iştirak edib. Hər iki şəxs hakim qarşısına çıxaraq hadisə barədə fikirlərini səsləndiriblər. Sıla çıxışı zamanı Ahmetdən ayrıldığı müddətdə Okan Can Yantırla münasibətinin olduğunu təsdiqləyib. 
Bu məqamda bildirək ki, Sılanın bir müddət əvvəl Okanla fotoları yayılmış, Sıla isə münasibəti inkar etmişdi. O, daha sonra A. Kuralla barışmışdı. 
Xatırladaq ki, Sıla keçmiş sevgilisi tərəfindən şiddətə məruz qaldığını iddia edərək polisə şikaətçi olub.  O, Kuralın 1 ildən 5 ilədək həbs olunmasını tələb edir. 





Paylaş: