“Bu, ölkə başçısının teatrlara olan qayğısının bir təzahürüdür...”
Tarix: 7-03-2019, 08:56



Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında sərəncam imzalayıb. 

Əməkdar artist Azad Şükürov Moderator.az-a açıqlamasında sərəncamın ölkə başçısının teatrlara olan qayğısının bariz nümunələrindən biri olduğunu bildirib:

“Bu, ölkə başçısının teatrlara olan qayğısının bir təzahürüdür. Buna görə prezidentə təşəkkür edirəm. Özüm də uzun illər teatr sahəsində işləmişəm. Ölkə başçısının mədəniyyət xadimləri ilə görüşünü diqqətlə izlədim və çox sevindim. Prezident onlarla çox açıq və səmimi söhbət etdi. İnanıram ki, bu görüş həm teatrlarımızın maddi - texniki baxımdan yüksəlməsinə, həm də kino sənətimizin inkişafına gətirib çıxaracaq. Buna da yüz faiz  əminəm”. 

Paylaş: