AzTv-də kadr islahatları davam edir — Rövşən Məmmədlidən yeni ixtisarlar
Tarix: 6-03-2019, 11:57



Azərbaycan Televiziyasının sədri vəzifəsini icra edən Rövşən Məmmədli kanalda kadr islahatlarını davam etdirir.
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, Kadrlar və Xüsusi işlər departamentinin rəisi Mansur Bayramov və İdman Azərbaycan kanalının direktoru və sədrin köməkçisi vəzifəsini yerinə yetirən Fərman Orucovla müqavilə vaxtı bitdiyinə görə, işlərinə xitam verirlib.
QSC-nin baş operatoru Fazil Hadıyev isə təqaüdə göndərilib.
Bundan başqa mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova vəzifəsindən azad edilərək, Aztv-nin nəzdində fəaliyyət göstərən akademiyaya təyinat alıb.
Rövşən Məmmədlinin digər əmri ilə ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru Sadıq Elcanlı (İbrahimov) Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru vəzifəsinə təyin olunub.
Ədəbi-dram redaksiyasının baş redaktor vəzifəsini isə yazıçı  Azər Qismət icra edəcək.
Xatırladaq ki, Prezidentin 2019-cu il 15 yanvarda imzaladığı Sərəncamla  Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.  
Onun yerinə QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb.

Paylaş: