Afaq Bəşirqızı ilə “Toya bir gün qalmış”
Tarix: 6-03-2019, 10:36

Afaq BÉÅirqızı ilÉ  âToya bir gün qalmıÅâ

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə martın 6-sı və 8-də xanımlara hədiyyə olaraq tanınmış yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını təqdim edəcək.
Open.az xəbər verir ki, xalq artisti, “Şöhrət ordenli” Afaq Bəşirqızının iştirakı ilə nümayiş olunacaq bu tamaşa onun çoxsaylı pərəstişkarlarına əsl bayram hədiyyəsi olacaq.
Quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı əməkdar rəssam Nabat Səmədova,musiqi rəhbəri xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Fərid Rzayev, Ağaxan Şərifov da iştirak edəcəklər.
Tamaşanın baletmeysterləri əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya dəvət edir.

Paylaş: