Azərbaycanlı müğənninin ölümünü qardaşından gizlətdilər - Qorxurduq ki, özünə...
Tarix: 5-03-2019, 16:45



14 il əvvəl ailə üzvləri ilə keçirdiyi avtomobil qəzası sonrası həyatını itirən mərhum müğənni Şəfa Hüseynovanın qardaşı Zöhrab "Şou ATV"də həmin çətin günləri xatırlayıb.

Milli.Az xəbər verir ki, mərhum müğənninin qardaşı Zöhrab, Şəfanın öldüyü xəbərindən eyni maşında olan qardaşı Səxavətin komadan ayıldıqdan sonra xəbər tutduğunu bildirib:

"Səxavət komadan sonra bildi bunu. Artıq rəhmətliklərin 40-ı da çıxmışdı. Biz qardaşımı sözün düzü aldadırdıq. Soruşurdu "Ana hanı, Şəfa hanı?", "İranda müalicəcədirlər, narahat olma" deyirdik ki, biraz özünə gəlsin. Səxavət komaya düşəndə 90-dan çox çəkisi var idi. Komadan ayılanda 45 kilo qalmışdı".

Mərhum Şəfanın qardaşı Zöhrabın tükürpədən açıqlamasının ardını videoda izləyə bilərsiniz:

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı müğənninin faciəvi ölümünü qardaşından gizlətdilər

Xatırladaq ki, 2005-ci ilin dekabrın 4-ü tarixində Saatlıdan qohum toyundan qayıdarkən qəzaya düşən müğənninin anası hadisə yerində dünyasını dəyişmişdi. Komaya düşən Şəfa 3 gün sonra vəfat etmişdi. Mərhum sənətçinin maşında olan qardaşı Səxavət isə Şəfanın öldüyü gün komaya düşmüşdü və 46 gün sonra ayılmışdı.

VİDEO BURADA​​​

Paylaş: