"Bunun duruşundan görünür ki, özünə “adamuşka” axtarır"
Tarix: 5-03-2019, 11:55



Rəqqasə Fatimə Fətəliyeva instaqramda təhqirlərə məruz qaldığını iddia edib. O, bu barədə sosial şəbəkədə məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rəqqasə xanım izləyicinin fotosunu paylaşaraq açıqlama yayıb. Fatimə sözügedən instaqram istifadəçisi tərəfindən təhqir olunduğu qeyd edib:
“Bir buna baxın, öz adını mənə qoyur. Bunun duruşundan görünür ki, özünə “adamuşka” axtarır. Dur ,get bir güzgüyə bax, adını özgəyə qoy. Dünən başqası “spam” oldu. Bunu da xahiş edirəm ki, “spam”layın. Mən 10 il bundan qabaq da Fatimə olmuşam. Çaşma, kiminsə hesabına yox, öz zəhmətimlə Fatimə olmuşam.
Qoy, o birilərə ar olsun, tanımadıqları insanlara ağızlarına gələni yazmasınlar. Belələrinə reklam lazımdır. Səhifəsində yazıb ki, guya, mənə dodaqlarım silikondur dediyi üçün əsəbiləşmişəm. Yox, məni tanımadan pis sözlərlə şər atmısan, indi cavabını ver. Bala, sən ünvanı səhv salmısan”.

Paylaş: