Azərbaycanlı aktyor "Kurtlar Vadisi"nə çəkilməkdən imtina etdi
Tarix: 5-03-2019, 11:42



Aktyor Kamran Ağabalayev ARB TV-də yayımlanan "Pəncərə" verilişində qonaq olub. 

AZXEBER.COM-un məlumatına görə, aktyor Türkiyənin məşhur "Kurtlar Vadisi" serialına çəkilməkdən imtina etdiyini açıqlayıb. 

Aparıcının "Nədən imtina etmisiniz?" sualını cavablandıran K. Ağabalayev bunları deyib: 

"Ola bilsin ki, kiminsə xətrinə dəyəcək, amma bütün seriallardan imtina etmişəm. Azərbaycanda heç bir serialda çəkilməmişəm. "Kurtlar vadisi"ndə təsdiq olunmuşam, amma bəyənmədiyim üçün imtina etmişəm. Belə hallar çox olur".

Paylaş: