Məşhur serialın aktyoru vəfat etdi
Tarix: 5-03-2019, 09:33



Lyuk qohumlarının və dostlarının əhatəsində dünyasını dəyişib.
“Beverly Hills,90210” serialında Dilan Makkey obrazı ilə tanınan aktyor Lyuk Perri 52 yaşında dünyasını dəyişib.
“TMZ” xəbər verir ki, insult keçirən aktyor fevralın 28-də Kaliforniyanın Berbank şəhərində xəstəxanaya yerləşdirilmişdi. Lyuk xəstəxanada qohumlarının və dostlarının əhatəsində dünyasını dəyişib.
Qeyd edək ki, Lyuk Perri 1966-cı ildə Ohayo ştatında doğulub. O, karyerasına 1980-ci illərdə başlayıb. Ona dünya şöhrətini isə “Beverly Hills, 90210” serialındakı Dilan rolu gətirib.(qafqazinfo.az)

Paylaş: