İspaniyada türk serialları bumu yaşanır
Tarix: 4-03-2019, 17:52



İspaniyada getdikcə populyarlaşan türk serialları Latın Amerikası ölkələrinin istehsalı olan “sabun operaları”nın yerini sürətlə tutur.
“Mediaset” qrupu xəbər verir ki, İspaniya Rumıniya, Bolqarıstan və Slovakiyada çox populyar olan türk serialları dəbinə birdən-birə qapılmayıb. Yalnız bu məhsul başqa ölkələrdə tamaşaçıların rəğbətini qazanandan sonra İspaniyanın media şirkətləri onu ölkə bazarına çıxarmağı qərara alıblar. Nəticədə “Qara sevda” və “Cəsur və gözəl” serialları “Mediaset”in internet portallarında ən baxımlı filmlər cərgəsinə daxil olub.
Ekspertlər bildirirlər ki, tamaşaçılar klassik “sabun operaları” və narkotik alverçiləri haqqında standart süjetli seriallardan beziblər və yeni məhsullar tələb edirlər. Onların fikrincə, Latın Amerikası serialları ilə müqayisədə türk serialları daha müasir, tamaşaçı ilə daha güclü emosional əlaqə yaradan sosial dramlardır. Bu filmlər çəkilişlərin üslubu və təbiətdə olan səhnələrin bolluğu ilə də seçilir.(AZƏRTAC)

Paylaş: