"Ölkə başçısı hər zaman mədəniyyət nümayəndələrinə qayğı göstərib"
Tarix: 4-03-2019, 15:51



Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirib. UlduzumSan.Az bildirir ki, aktyor Elnur Kərimov bu barədə açıqlama verərək Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət nümayəndələrinə göstərdiyi qayğıdan danışıb: "Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdü. Görüş zamanı xalq artistləri Afaq Bəşirqızı və Mehriban Zəki teatrlarda olan problemlərindən danışdı. Bu da biz aktyorların ürəyincə oldu. Cənab Prezident İlham Əliyev də bu problemləri aradan qaldırdı.
Xüsusi ilə qeyd edim ki, Ölkə Başçısı hər zaman mədəniyyət və incəsənət nümayəndələrinə böyük qayğı və diqqət göstərib. Bu diqqətin nəticəsində teatrımız günü-gündən inkişaf edir və biz aktyorlar daha da ruhlanırıq. Buna görə də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm".

Paylaş: