Berenlə Kənan bir-birini sildi
Tarix: 4-03-2019, 14:36



Bir müddətdir ki, Türkiyə gündəmini aktrisa Beren Saatla pop ulduz Kənan Doğulu zəbt edib. “Qafqazinfo” xəbər verir ki, cütlüyün boşanacaqları barədə şaiyələr günü -gündən artmağa başlayıb. Mövzu barədə Kənan “Elə bir şey yoxdur, boşanmırıq” desə də, Berenin instaqramda müğənni ilə şəkillərini pozması müzakirələri daha da artırıb. 
Aktrisa səhifəsində Kənanla cəmi bir fotonu saxlayıb, qalan şəkilləri hesabından silib. Bundan əlavə, hər iki tərəf instaqramda bir-birini daha izləmir. Hətta, aktrisa həyat yoldaşının ailə üzvlərini də “unfollow” edib. 
Həmçinin Beren Kənanın “360 derece” adlı solo konsertində iştirak etməyib. Pop ulduzun anası Serpil Doğulu mövzu barədə media nümayəndələrinin suallarını cavablandırıb. Onun oğlunun aktrisa ilə boşanacağı xəbərinə “Mən bilmirəm, siz daha yaxşı bilərsiz” reaksiyasını verməsi yayılan dedi-qoduları gücləndirib. 

Paylaş: