Məşhur baxıcı bu il də Həccə gedib tövbə edəsi olmadı
Tarix: 22-08-2017, 18:00


“Mən Həcc ziyarətinə hazırlaşıram. Gedib-gələndən sonra tövbə edəcəyəmm. Daha baxıcılıqdan yorulmuşam”.
 
Bunu Azərbaycanda məşhur baxıcı kimi tanınan Yeganə Zeynalova Modern.azsaytına açıqlaması zamanı bildirmişdi.
 
Məlumdur ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək.
 
Bu baxımdan maraqlıdır, məşhur baxıcı Həcc ziyarətinə gedəcəkmi?
Modern.az yenidən  məşhur baxıcı ilə əlaqə saxlayıb. Yeganə Zeynalova bildirib ki, bu il Həcc ziyarətinə getməyəcək:
 
“Həcc ziyarətinə getmək ən böyük arzumdur. Lakin bu il qismət olmadı.  Çünki bir niyyətim qalıb. Oğlumu evləndirib daha sonra ziyarət etmək fikrindəyəm. Düzdür, bir ildir işləmirəm.
 
Digər tərəfdən səhhətimlə əlaqəli problemlərim də var. Şəkər xəstəsi olduğum üçün çətinlik yaranır. Amma gələn il nəyin bahasına olur olsun mütləq Həcc ziyarətinə gedəcəyəmm. O zaman getməmişdən qabaq və sonra açıqlamalar verəcəyəm”.

Paylaş: