Məni dünyaya gətirdikləri üçün ana və atama… - Xanəndənin ad günü arzusu
Tarix: 4-03-2019, 11:17



Bu gün xanəndə, əməkdar müəllim Qəzənfər Abbasovun doğum günüdür.
57 yaşlı sənətkar AzNews.az-a açıqlamasında ad günü arzularını dilə gətirib:
“Ən böyük arzum Qarabagı azad görməkdir. Dostlar həmişə sədaqətli, vəfalı, düşmənlər isə xar olsun”.
Xanəndə doğum gününü tələbələri ilə bilikdə keçirəcəyini qeyd edib:
“Hazırda işdəyəm. Sinif otağında tələbələrimlə birlikdə dərs prosesindəyik. Günün ikinci yarısı da dərslərim var. Axşam isə ailəmlə olacam. Bu ad günümdə məni dünyaya gətirdikləri üçün ana və atama rəhmət diləyirəm”.

Paylaş: