İTV-nin Yayım Şurasına yeni üzvlər seçiləcək - ELAN
Tarix: 1-03-2019, 15:27



Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının səlahiyyət müddəti başa çatmış təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi ilə bağlı elan verib.
ONA-nın xəbərinə görə, elan İTV-nin Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar verilib.
Yuxarıda göstərilən təşkilat qrupları üzrə namizədlərin seçilməsi 29 mart 2019-cu il tarixədək təmin edilməli, yekun protokollar və seçilmiş namizədlər barədə məlumatlar MTRŞ-ya (Ünvan: Nizami küçəsi, 145,    əlaqə: 012 598-36-59; 012-598-32-24)  təqdim edilməlidir.

Paylaş: